Bakı. 25 iyun. REPORT.AZ/ "Kimsə deyə bilməz ki, BP-nin Azərbaycanın neft sektorunda rolu yoxdur. Amma onu da bilməlisiniz ki, həm "Azəri-Çıraq-Günəşli" (AÇQ), həm "Şahdəniz", həm də "Abşeron" yataqlarının işlənməsi məhz bizim gəmilər vasitəsilə həyata keçirilib".
"Report" xəbər veri ki, bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (AXDG) yaranmasının 5 illiyi nünasibətilə keçirilən hesabat tədbirində qurumun sədri Rauf Vəliyev deyib.
"AXDG son 4 ildə mənfəətini artırıb. Onun dəyəri 1 mlrd. manata yaxındır. Son 4 ildə kapitalı 473 mln. manat kapital artılılıb. Əmək haqları orta hesabla 3,5 dəfə - 370 manatdan 1 300 manata qədər artırılıb. Tezliklə səhmlərimiz xalqa açıq olacaq. Bu addımı atan ilk şirkətlərdən biri olacağıq", - o qeyd edib.
Sədr həmçinin bildirib ki, çəmiçiliyin nəzdindəki Azərbaycan Dövlət Dəniz Akademiyası ölkədə ən yaxşı ali təhsil müəssisəsidir: "Bu, yeganə akademiyadır ki, oxumayan oranı bitirə bilmir. Təhsilini yüksək səviyyədə başa vuranlar mütləq AXDG-də işə cəlb edilir".
R.Vəliyev QSC üçün yeni binanın tikildiyini də qeyd edib: "Prezident binanın tikintisi ilə bağlı dəstək verdi, hətta onun dizaynı ilə bağlı tövsiyyə verdi. Hazırda bina bayraq meydanı ilə üzbəüz tikilir. Bunu çoxdan tikə bilərdik, amma 1 000-dən çox işçinin ev növbəsində olduğunu nəzərə aldıq".