Şarm Əl-Şeyx ilə Bakı arasında birbaşa uçuşlar bərpa edilib

Şarm Əl-Şeyx ilə Bakı arasında birbaşa uçuşlar bərpa edilib Bu gündən Misirin "Air Cairo" Hava Yolları Bakı ilə Şarm Əl-Şeyx arasında həftədə bir dəfə - cümə günü olmaqla, birbaşa uçuşların bərpasına qərar verib.
İnfrastruktur
18 Mart , 2022 12:10
Şarm Əl-Şeyx ilə Bakı arasında birbaşa uçuşlar bərpa edilib

Bu gündən Misirin "Air Cairo" Hava Yolları Bakı ilə Şarm Əl-Şeyx arasında həftədə bir dəfə - cümə günü olmaqla, birbaşa uçuşların bərpasına qərar verib.

Bu barədədə “Report”a Misirin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, Bakı ilə Şarm Əl-Şeyx arasında birbaşa aviareysin bərpası Azərbaycandan Misirin turizm şəhərlərinə turist axınının artırılması üçün mühüm addımdır.

"Bundan başqa son bir neçə ay ərzində iki ölkənin rəsmiləri arasında silsilə görüşlər və qarşılıqlı səfərlər nəticəsində Misir- Azərbaycan əlaqələrinin inkişafı əsl yüksəlişin şahidi olmuşuq. Bu səfərlərdən sonuncusu Misir-Azərbaycan Hökumətlərarası İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasında və iclas çərçivəsində keçirilən Misir – Azərbaycan Biznes Forumunda iştirak edən Misir nümayəndə heyətinin rəhbəri beynəlxalq əməkdaşlıq naziri Rania Əl-Maşatin Bakıya səfəri olub", - səfirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi