Samur çayı üzərində salınacaq yeni avtomobil körpüsünün təməli qoyulub

Samur çayı üzərində salınacaq yeni avtomobil körpüsünün təməli qoyulub Möcvud körpünün ölçüləri və texniki vəziyyəti müasir tələblərə cavab vermir
İnfrastruktur
2383
18 Oktyabr , 2017 12:40
Samur çayı üzərində salınacaq yeni avtomobil körpüsünün təməli qoyulub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan və Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub.

“Report” “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, körpünün təməlqoyma və hökumətlərarası protokolun imzalanma mərasimləri keçirilib.

Mərasimdə Azərbaycan hökuməti adından nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azəravtoyol”un İdarə Heyətinin sədr müavini Əvəz Qocayev, Rusiya tərəfdən isə bu ölkənin nəqliyyat naziri Maksim Sokolov və başqa rəsmi şəxslər iştirak ediblər.

Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsinin və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqələrinin ərazisində baş tutub.

Əvvəlki körpünün 60 metrliyində tikiləcək yeni sərhəd qovşağı avtomobillərin hərəkəti üçün ikizolaqlı yoldan ibarət olacaq. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metr, seysmik davamlığı 10 bal təşkil edəcək.

Hazırda Azərbaycan ilə Rusiya arasında avtomobillərin hərəkəti Samur çayı üzərində 1957-ci ildə tikilmiş körpü vasitəsilə həyata keçirilir. Körpünün ölçüləri və texniki vəziyyəti müasir tələblərə cavab vermir.

Son xəbərlər

Orphus sistemi