Saleh Məmmədov: "Çindən gətirilən bəzi yük avtomobilləri yollarımızı məhv edib"

Saleh Məmmədov: "Çindən gətirilən bəzi yük avtomobilləri yollarımızı məhv edib" “Azərbaycana 2012-2014-cü illərdə Çin istehsalı olan bəzi yük avtomobilləri gətirilib ki, onlar da yalnız asfaltsız-betonsuz yollar üçün nəzərdə tutulub. Amma bu maşınlar asfalt yollarımızda hərəkət edərək yol örtüyünü məhv edib”.
İnfrastruktur
256
15 Yanvar , 2020 11:53
Saleh Məmmədov: Çindən gətirilən bəzi yük avtomobilləri yollarımızı məhv edib

“Azərbaycana 2012-2014-cü illərdə Çin istehsalı olan bəzi yük avtomobilləri gətirilib ki, onlar da yalnız asfaltsız-betonsuz yollar üçün nəzərdə tutulub. Amma bu maşınlar asfalt yollarımızda hərəkət edərək yol örtüyünü məhv edib”.

“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibliyinin binasında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“Amma indi həmin avtomobilləri yollarımızda görmək elə də mümkün deyil. Əsasən 2015-ci ildən sonra istehsal edilən Çin avtomobilləri artıb”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi