Azərbaycanla İran rəsmiləri sənaye və investisiya layihələrini nəzərdən keçirib

Azərbaycanla İran rəsmiləri sənaye və investisiya layihələrini nəzərdən keçirib Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Tehrana bir günlük səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiy
İnfrastruktur
251
21 Noyabr , 2021 22:14
Azərbaycanla İran rəsmiləri sənaye və investisiya layihələrini nəzərdən keçirib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Tehrana bir günlük səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasemi ilə görüşüb, iqtisadi-ticari əlaqələrin mövcüd vəziyyəti və potensialı haqqında müzakirələr aparıb.

“Report” xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin davamlı inkişafı üçün səylərin daha da artırılmasının əhəmiyyəti vurgulanıb, neft-qaz, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə mövcüd olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib, qarşılıqlı səfərlərin və görüşlərin faydalılığı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi