Azərbaycanda dövlətin payı olan binalarla bağlı sahibkarlara edilən vergi güzəştləri qüvvəyə minib

Azərbaycanda dövlətin payı olan binalarla bağlı sahibkarlara edilən vergi güzəştləri qüvvəyə minib Bu gündən Azərbaycanda sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri müddətli olacaq və fərdi xarakter daşımayacaq.
İnfrastruktur
1 Yanvar , 2020 00:08
Azərbaycanda dövlətin payı olan binalarla bağlı sahibkarlara edilən vergi güzəştləri qüvvəyə minib

Bu gündən Azərbaycanda sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri müddətli olacaq və fərdi xarakter daşımayacaq.

“Report” xəbər verir ki, bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə yeni dəyişikliklərdə öz əksini tapıb.

Bundan başqa, sənəddə təklif olunur ki, bina tikintisi ilə məşğul olan şəxslər dövlətə müəyyən hissə təqdim etdikdə, həmin əmlakın satışından əldə olunan gəlirlər vergiyə cəlb olunmasın.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30%-i həmin fiziki şəxslərə geri qaytarılacaq.

Vergitutma bazasının genişləndirilməsinə yönəlmiş dəyişikliklər sırasında bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin olunması da var.

Bundan əlavə hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğvi, bu əməliyyatların ƏDV-yə və mənfəət vergisinə cəlb olunması kimi istiqamətləri yeni dəyişikliklər sırasındadır.

Son xəbərlər

Orphus sistemi