Bakı. 6 noyabr. REPORT.AZ/ Noyabrın 7-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakı - Nyu-York - Bakı marşrutu ilə müntəzəm aviareysləri "Boeing 787-8 Dreamliner" tipli təyyarələrdə yerinə yetirəcək.
AZAL-dan "Report"a bildirilib ki, bu reysin sərnişinlərinə üç xidmət sinifi - "ekonom" sinfi üzrə 157 yer, "biznes" sinfi üzrə 35 yer və birinci sinif standartlarına cavab verən "lüks" sinfi üzrə 18 yer təklif olunacaq.
"AZAL-ın "Boeing-787-8" təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb. Bu, müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir", - deyə məlumatda bildirilir.
Bakı - Nyu-York - Bakı aviareysləri həftədə iki dəfə (bazar ertəsi və şənbə günləri) yerinə yetirilir. Təyyarə Bakıdan saat 06:00-da yola düşür və Kennedi Hava Limanına yerli vaxtla saat 09:30-a çatır. Əks istiqamətdə uçuşlar həmin günlər saat 11:30-da yerinə yetirilir.
Qeyd edək ki, bu reysə biletləri AZAL-ın kassalarında və şirkətin