Sabah Nərimanov rayonunda su problemi olacaq

Sabah Nərimanov rayonunda su problemi olacaq Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın 15-də gün ərzində Bakı şəhərinin Təbriz küçəsi boyunca ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 
İnfrastruktur
14 Fevral , 2018 17:11
Sabah Nərimanov rayonunda su problemi olacaq

Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın 15-də gün ərzində Bakı şəhərinin Təbriz küçəsi boyunca ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə “Report”a “Azərsu” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Nərimanov rayonunun Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi