​Sabah Bakı və Sabirabadda təbii qazın verilişində fasilələr yaranacaq

​Sabah Bakı və Sabirabadda təbii qazın verilişində fasilələr yaranacaq Bu, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması ilə əlaqədardır
İnfrastruktur
28 İyun , 2016 19:35
​Sabah Bakı və Sabirabadda təbii qazın verilişində fasilələr yaranacaq

Bakı. 28 iyun. REPORT.AZ/ Bakı şəhərinin Xəzər, Sabunçu, həmçinin Sabirabad rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Azəriqaz İB-nin Təmir Tikinti İdarəsi tərəfində yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, qaz xətlərində aparılacaq təmir işləri və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar sabah-iyunun 29-da saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Zirə, Binə və Qala qəsəbələrinin, Sabunçu rayonunun Sabunçu və Bakıxanov qəsəbəsinin, Anaşkin adlanan ərazinin, eləcə də Sabirabad rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi