Sabah ​Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah ​Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq Bu proses saat 10:00-dan 18:00-dək davam edəcək
İnfrastruktur
30 Mart , 2015 18:22
Sabah ​Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 30 mart. REPORT.AZ/ Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, sabah saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Zirə-3'', Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Rəncbər", "Qobustan" və "Talıstan", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Lək", "Zərdab", "Zaqatala", "Balakən", "Əliabad", "Katex" və "Makov", Astara Magistral qaz kəmərləri sahəsinin "Alvadı", "Cəlilabad", "Göytəpə", "Günəşli", "Ovçubərə", "Biləsuvar", "Şorsulu" və "Bəydilli", Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Yaşma", "Giləzi", "Alabaşlı" və "Qarayeri" Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Navahi, Pirsaat, Qubalı, Şıxlar, Qaradağ rayonunun Qobustan, İsmayıllı rayonunun Talıstan, Xızı rayonunun Şurabad, Giləzi, Yeni Yaşma və Sitalçay, Siyəzən rayonunun Qara Siyəzən, Zarat, Candamarı və Beşdam kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Zərdab, Zaqatala, Balakən, Lənkəran, Astara, Masallı, Yardımlı və Lerik rayonlarının, o cümlədən, Bakı şəhəri Xəzər rayonu Zirə kəndinin, həmçinin İsmayıllı şəhərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi