Saatlının daha bir kəndinə içməli su verilib

Saatlının daha bir kəndinə içməli su verilib Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq, Saatlı rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Rayonun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
İnfrastruktur
21 Dekabr , 2017 14:42
Saatlının daha bir kəndinə içməli su verilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq, Saatlı rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Rayonun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Bu barədə “Report”a “Azərsu” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Kəndlərə içməli suyun verilməsi münasibətilə Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda həyata keçirilən kommunal infrastruktur layihələrindən danışıb. Qeyd edib ki, içməli sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

“Azərsu”nun sədr müavini Köçərli Həsənov son illər bu sahədə görülmüş işlər barədə məlumat verib: “Aran bölgəsində yerləşən Saatlı rayonunda içməli su təchizatı həmişə aktual olub. Dünya Banklı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Saatlı şəhərinin su təchizatı infrastrukturu yenidən qurulub və əhali fasiləsiz rejimdə içməli su ilə təmin edilib”.

Qeyd edək ki, Sərəncama uyğun olaraq, Saatlı rayonunda icra olunan layihələr 7 yaşayış məntəqəsini - Mollavazlı, Bəylər, Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar və Gomuşçu kəndlərini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri seçilib və kəmərdən kəndlərə çıxışlar verilib. Yaşayış məntəqələrində müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 15,4 km olan su xətləri çəkilərək ümumi istifadə üçün 48 ədəd bulaq quraşdırılıb. Ümumilikdə, yeni su təchizatı layihələrindən Saatlı rayonunun 7 kəndinin 10 min nəfərdən çox sakini faydalanıb.

Xatırladaq ki, Prezidentin bu sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

Son xəbərlər

Orphus sistemi