Rusiyanın aviaşirkəti Həştərxan-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın aviaşirkəti Həştərxan-Bakı istiqamətində uçuşlara başlayır Rusiyanın “S7” aviaşirkəti 16 iyundan etibarən bu istiqamətdə uçuşlara başlayır
İnfrastruktur
109
8 İyun , 2021 11:57
Rusiyanın aviaşirkəti Həştərxan-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın “S7” aviaşirkəti 16 iyundan etibarən Həştərxandan Bakıya birbaşa avireyslər həyata keçirəcək.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, aviareyslər həftəfə bir dəfə - çərşənbə günü baş tutacaq.

Uçuş vaxtı Həştərxandan Bakıya 11:10-dadır, təyyarə Bakıya 12:35-də çatacaq. Bakıdan təyyarə yerli vaxtla 08:10-da qalxacaq, Həştərxana 09:40-da çatacaq, uçuş 1.50 dəqiqə təşkil edəcək.

Xatırladaq ki, Bakı- Həştərxan marşrutu üzrə iyunun 3-dən etibarən “Azərbaycan Hava Yolları” QSC aviareyslər həyata keçirir.

Son xəbərlər

Orphus sistemi