Rusiyada iqtisadi geriləmə tempi noyabrda zəifləyib

Rusiyada iqtisadi geriləmə tempi noyabrda zəifləyib Bu ilin noyabr ayında Rusiyada istehsal olunmuş ümumi daxili məhsulun dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% az olub.
İnfrastruktur
19 dekabr 2020 07:15
Rusiyada iqtisadi geriləmə tempi noyabrda zəifləyib

Bu ilin noyabr ayında Rusiyada istehsal olunmuş ümumi daxili məhsulun dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % az olub.

Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin hazırladığı "2020-ci ilin noyabr ayı üçün işgüzar fəaliyyətin mənzərəsi" adlı hesabatda bildirilir.

Sənəddə həmçinin deyilir ki, oktyabr ayı üçün sözügedən göstərici 4,5 % təşkil edib.

2020-ci ilin yanvar-noyabr aylarında isə Rusiya iqtisadiyyatı illik müqayisədə 3,5 % kiçilib.

Son xəbərlər

Orphus sistemi