Rusiya və Hindistan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə İrana kömək etməyə hazırdır

Rusiya və Hindistan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə İrana kömək etməyə hazırdır Bakı. 7 fevral. REPORT.AZ/ Rusiya və Hindistan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində infrastrukturun inkişafı üçün İrana kömək etməyə hazırdır.
İnfrastruktur
7 Fevral , 2018 16:03
Rusiya və Hindistan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə İrana kömək etməyə hazırdır

Bakı. 7 fevral. REPORT.AZ/ Rusiya və Hindistan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində infrastrukturun inkişafı üçün İrana kömək etməyə hazırdır.

“Report”un verdiyi xəbərə görə, bu barədə Rusiyanın Hindistandakı ticarət nümayəndəsi Yaroslav Tarasyuk “RİA Novosti”yə müsahibəsində məlumat verib.

“Dəhliz faktiki olaraq artıq mövcuddur. Hazırda söhbət İranda 180 km birbaşa dəmir yolunun çəkilməsindən gedir. Bu yol çətin dağ landşaftından keçir. İrandan aldığımız mütəmadi məlumatlara əsasən, tikinti davam edir. Rusiya və Hindistan da infrastrukturun inkişafında İrana kömək etməyə hazırdır", - deyə Y.Tarasyuk qeyd edib.

Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə əlaqələndirəcək, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirəcək. I mərhələdə dəhlizlə 5 mln. ton yük, daha sonra isə 10 mln. tondan çox yük daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi