Rusiya və Hindistan "Şimal-Cənub" dəhlizi ilə yük daşımaları aparmaq üçün birgə operator yaratmaq niyyətindədir

Rusiya və Hindistan "Şimal-Cənub" dəhlizi ilə yük daşımaları aparmaq üçün birgə operator yaratmaq niyyətindədir Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiya Dəmir Yolları və Hindistan Dəmir Yolları Şimal-Cənub dəhlizi vasitəsilə yük daşımalarının təşkili üçün birgə operator yaradılmasına dair memorandum imzalayacaq.
İnfrastruktur
5 Oktyabr , 2018 10:50
Rusiya və Hindistan Şimal-Cənub dəhlizi ilə yük daşımaları aparmaq üçün birgə operator yaratmaq niyyətindədir

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Rusiya Dəmir Yolları" və "Hindistan Dəmir Yolları" "Şimal-Cənub" dəhlizi vasitəsilə yük daşımalarının təşkili üçün birgə operator yaradılmasına dair memorandum imzalayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "Rusiya Dəmir Yolları"nın baş direktorunun birinci müavini Aleksandr Mişarin bildirib.

Onun sözlərinə görə, bu, Rusiya vasitəsilə Hindistandan Avropaya və əks marşrutla daşımaların, tranzit həcminin artırılmasına imkan yaradacaq ən vacib layihələrdən biridir.

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi İran, Azərbaycan və Rusiya vasitəsilə Hindistan və Fars körfəzi ölkələrindən Qərbi və Şimali Avropa ölkələrinə malların daşınması üçün nəzərdə tutulub. Layihədə həmçinin İran, Azərbaycan və Rusiyanın dəmir yollarının birləşdirilməsi də nəzərdə tutulub. Dəhlizin əsas üstünlüyü çatdırılma müddətinin iki və ya üç dəfə azalmasıdır.

Son xəbərlər

Orphus sistemi