Rusiya və BƏƏ çarter reyslərini bərpa edir

Rusiya və BƏƏ çarter reyslərini bərpa edir İki ölkə müntəzəm uçuşları ötən ilin sentyabr ayında bərpa edib
İnfrastruktur
201
28 Mart , 2021 14:00
Rusiya və BƏƏ çarter reyslərini bərpa edir

Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava nəqliyyatı ilə bağlı səlahiyyətli qurumları iki ölkə arasında çarter reyslərinin bərpasına qarşılıqlı razılıq verib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Xatırladaq ki, iki ölkə müntəzəm uçuşları ötən ilin sentyabr ayında bərpa edib. Bir qədər əvvəl Rusiya aviaşirkətlərinin martın 28-dən BƏƏ-yə uçuşları dayandıracağı barədə xəbərlər yayılmışdı. Bu isə təxminən 500 minə qədər aviabiletdən istifadənin mümkün olmaması deməkdir.

Son xəbərlər

Orphus sistemi