Rusiya Azərbaycana aviareyslərin sayını artırır

Rusiya Azərbaycana aviareyslərin sayını artırır ​​​​​​​Rusiya cari ilin aprel ayının 1-dən etibarən Azərbaycana müntəzəm uçuşların sayını artıracaq
İnfrastruktur
503
25 Mart , 2021 18:35
Rusiya Azərbaycana aviareyslərin sayını artırır

Rusiya cari ilin aprel ayının 1-dən etibarən Azərbaycana müntəzəm uçuşların sayını artıracaq.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə yaradılan Operativ Qərargahda jurnalistlərə bildirilib.

Məlumata görə, Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Operativ Qərargahın iclasını keçirib.

İclasda həmçinin, Rusiyanın Almaniya, Venesuela, Suriya, Tacikistan, Özbəkistan və Şri-Lanka arasında aviareyslərin 1 aprel tarixindən etibarən bərpa edilməsinə dair qərar verilib.

Son xəbərlər

Orphus sistemi