Rusiya aviaşirkətləri ötən il 177 mln. dollar zərər edib

Rusiya aviaşirkətləri ötən il 177 mln. dollar zərər edib Dövlətin aviaşirkətlərə dəstək verməsinə baxmayaraq maliyyə itkisindən qaçmaq mümkün olmayıb
İnfrastruktur
6 İyun , 2017 13:42
Rusiya aviaşirkətləri ötən il 177 mln. dollar zərər edib
vesti.ru

Bakı. 6 iyun. REPORT.AZ/ 2016-cı ildə Rusiyada fəaliyyət göstərən aviasiya şirkətlərinin ümumi zərəri 10 mlrd. rubl (təxminən 177 mln. ABŞ dolları) təşkil edib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlətin aviaşirkətlərə dəstək verməsinə baxmayaraq maliyyə itkisindən qaçmaq mümkün olmayıb. 

Aviadaşıyıcıların üzləşdiyi zərərin əsas hissəsi daxili reyslərin hesabına yaranıb. Rusiya hökuməti əlavə dəyər vergisinin dərəcəsini müvəqqəti olaraq 10%-ə endirsə də, daxili aviareyslər şirkətlərə 33 mlrd. rubl (təxminən 586 mln. dollar) zərər vurub. Rusiya aviaşirkətləri xarici aviareyslərin hesabına əldə etdikləri 23 mlrd. rubl (408 mln. dollar) gəlir hesabına zərərlərini qismən azalda biliblər. 

Qeyd edək ki, ötən il Rusiyada 1 trln. rubl (17,7 mlrd. dollar) dəyərində aviabilet satılıb. Hesabat dövründə aviadaşımaların həcmi 3,8% ( 88,55 mln. sərnişin) azalıb. 

Son xəbərlər

Orphus sistemi