Rostov-Bakı aviareysləri yeni vaxt rejimində həyata keçiriləcək

Rostov-Bakı aviareysləri yeni vaxt rejimində həyata keçiriləcək Rostov aeroportu oktyabrın 30-dan payız-qış cədvəlinə keçir
İnfrastruktur
29 Oktyabr , 2016 01:45
Rostov-Bakı aviareysləri yeni vaxt rejimində həyata keçiriləcək

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycana da birbaşa aviareyslərin həyata keçirildiyi Rostov Beynəlxalq Hava Limanı uçuş cədvəlini payız-qış vaxtına dəyişir və bu rejim bu il oktyabrın 30-dan 26 mart 2017-ci il tarixinədək davam edəcək.

"Report" xəbər verir ki, bu dövr ərzində Rostovdan 18 aviadaşıyıcı 22 istiqamət üzrə uçuşlar həyata keçirəcək.

Beynəlxalq çarter proqramı payız-qış dövrüdə Tayland, Hindistan və Türkiyənin ənənəvi çimərlik kurortlarına uçuşların yerinə yetirilməsini nəzərdə tutur. Azərbaycan, Ermənistan, Özbəkistan, Gürcüstan və Tacikistanı Rostovla birbaşa hava nəqliyyatı birləşdirəcək. "Pobeda" aviaşirkətinin Azərbaycan və Gürcüstan paytaxtlarına uçuşları mövsümün yeni reysləri olacaq.

Son xəbərlər

Orphus sistemi