"Rolls-Royce" dünyanın ən bahalı avtomobilini təqdim edib

"Rolls-Royce" dünyanın ən bahalı avtomobilini təqdim edib "Sweptail"un qiyməti 13 mln. dollardır
İnfrastruktur
29 May , 2017 16:30
Rolls-Royce dünyanın ən bahalı avtomobilini təqdim edib

Bakı. 29 may. REPORT.AZ/ Böyük Britaniyanın "Rolls-Royce" şirkəti dünyanın ən bahalı avtomobilini təqdim edib.

"Report"un "Autonews" şirkətinə istinadən verdiyi məlumata görə, şirkətin "Sweptail" yeni və yeganə modeli İtaliyada keçirilən "Villa" eleqantlıq müsabiqəsində nümayiş olunub.

Məlumata görə, "Sweptail" sırf əl işidir və 1930-cu illərin "Rolls-Royce" avtomobillərinin üslubuna xas dizayn edilib.

Yeni avtomobilin dəyəri 13 mln. dollardır. Bununla da, "Rolls-Royce Sweptail" dünyanın ən bahalı avtomobili hesab edilir.

Son xəbərlər

Orphus sistemi