​Robert De Niro azərbaycanlı sahibkarın ticarət mərkəzində restoran açıb

​Robert De Niro azərbaycanlı sahibkarın ticarət mərkəzində restoran açıb Layihə aktyor ilə iş adamları Araz və Emin Ağalarovların birgə əməkdaşlığının nəticəsi olub
İnfrastruktur
10 Noyabr , 2015 07:45
​Robert De Niro azərbaycanlı sahibkarın ticarət mərkəzində restoran açıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Hollivud aktyoru Robert De Niro yapon baş aşpaz Nobu Matsuxisa ilə birgə Moskvada yerləşən "Crocus City Mall"da məşhur "Nobu" şəbəkəsinin yeni restoranını açıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Crocus City Mall"ın mətbuat xidməti məlumat yayıb.

De Niro və Matsuxisanın Moskvada ilk restoranı 2009-cu ildə açılıb. Layihə Matsuxisa və De Niro ilə azərbaycanlı iş adamları Araz və Emin Ağalarovların birgə əməkdaşlığının nəticəsi olub.

İki mərtəbəni əhatə edən "Nobu Crocus City" restoranında bar və lounge-zona, 70 nəfərlik əsas zal və suşi-bar mövcuddur. İkinci mərtəbədə 120 yerlik mənzərəli zal yerləşir. Restoranın mətbəxinə fransalı Demien Düvio cavabdehdir.

İlk "Nobu" restoranı 1994-cü ildə Nyu-Yorkda açılıb. Hazırda "Nobu" imperiyasına 28 şəhərdə - London, Las-Veqas, Melburn, Tokio, Pekin, Mayami və s. 33 restoran daxildir.

Son xəbərlər

Orphus sistemi