Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi ilk dəfə Türkmənbaşı limanına daxil olub

Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi ilk dəfə Türkmənbaşı limanına daxil olub Bu gəmi-bərəsinin “Şərq-Qərb” dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır
İnfrastruktur
218
13 May , 2021 11:02
Ro-Pax tipli Azərbaycan gəmi-bərəsi ilk dəfə Türkmənbaşı limanına daxil olub

Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) məlumat yayıb.

“Türkmənistanlı qardaşlarımız ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar”, - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, ASCO-ya məxsus Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi bu il martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilib. Gəmi-bərənin daimi heyəti 25 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

“Azərbaycan” gəmi-bərəsi 7 may 2021-ci il tarixində ilk səfərinə çıxıb. Gəminin ilk səfəri Qazaxıstanın Kurık limanına olub.

“Azərbaycan” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 14 bərə və 2 Ro-Ro tipli gəmi həyata keçirir.

Son xəbərlər

Orphus sistemi