Rəşad Nəbiyev: "Azərbaycanın nəqliyyat gəlirləri 13 % artıb"

Rəşad Nəbiyev: "Azərbaycanın nəqliyyat gəlirləri 13 % artıb" Bu ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 5,4 milyard manat təşkil edib.
İnfrastruktur
12 İyun , 2024 18:53
Rəşad Nəbiyev: Azərbaycanın nəqliyyat gəlirləri 13 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 5,4 milyard manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1 % çoxdur.

Ötən il bu göstərici 4,8 milyard manat olub.

Bu ilin may ayında ölkənin nəqliyyat gəlirləri bir il öncəki göstəriciyə nisbətən 8,8 % azalaraq 1,216 milyard manata enib.

Son xəbərlər

Orphus sistemi