Rəhman Hümmətov: "Bakıda 17 mindən çox parklanma yeri təşkil edilib"

Rəhman Hümmətov: "Bakıda 17 mindən çox parklanma yeri təşkil edilib" İndiyə qədər Bakıda "Azparking" mobil tətbiqi vasitəsilə müxtəlif zonalarda 17 mindən çox parklanma yeri təşkil edilib.
İnfrastruktur
18 Dekabr , 2023 10:47
Rəhman Hümmətov: Bakıda 17 mindən çox parklanma yeri təşkil edilib

İndiyə qədər Bakıda "Azparking" mobil tətbiqi vasitəsilə müxtəlif zonalarda 17 mindən çox parklanma yeri təşkil edilib.

“Report” xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Yaxın bir-iki ay ərzində bu proses başa çatacaq. Mövcud parklanma yerlərinin təhlili, ehtiyac olan yerlərdə parklanma yerlərinin təşkili ilə bağlı təhlillər isə davam edəcək. Bu layihə uğurla icra olunur. Parklanmanın məqsədi vəsait toplanması deyil, ilk növbədə şəhərdə nəqliyyat axınının təşkil edilməsidır. Mövcud parklanma yerlərindən daxil olan vəsaitlə yeni parklanma yerlərinin salınması əsas məqsədlər içərisindədir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi