Regionlarda tullantıların emalı üzrə rezidentlər fəaliyyət göstərəcək

Regionlarda tullantıların emalı üzrə rezidentlər fəaliyyət göstərəcək Balaxanı Sənaye Parkında tullantıların emalı üzrə rezidentlər fəaliyyət göstərir
İnfrastruktur
124
24 Mart , 2021 13:14
Regionlarda tullantıların emalı üzrə rezidentlər fəaliyyət göstərəcək

Bakı şəhərində illik 500 min ton bərk məişət tullantısı və 10 min ton tibbi tullantı yandırma gücünə malik olan Bakı bərk məişət tullantılarının yandırılması zavodunda elektrik enerjisi istehsal edilir və ümumi elektrik şəbəkəsinə ötürülür.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Eyni zamanda, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda bərk məişət tullantıları çeşidlənir və əldə olunan xammal təkrar istehsala yönəldilir.

Balaxanı Sənaye Parkında tullantıların emalı üzrə rezidentlər fəaliyyət göstərir. Hazırda sözügedən təcrübənin respublikanın digər şəhər və rayonlarında da tətbiq edilməsi istiqamətində müvafiq işlər aparılır.

Son xəbərlər

Orphus sistemi