Rauf Vəliyev: “Son beş ildə Gəmiçiliyin donanması 20-dən çox yeni gəmi ilə möhkəmləndirilib”

Rauf Vəliyev: “Son beş ildə Gəmiçiliyin donanması 20-dən çox yeni gəmi ilə möhkəmləndirilib” Bakı. 17 oktyabr. REPORT.AZ/ “Təkcə son beş ildə Gəmiçiliyin donanması 20-dən çox yeni gəmi ilə möhkəmləndirilib. Hazırda Bakı Gəmiqayırma Zavodunda dənizçilərimiz üçün dörd gəmi tikilir”.
İnfrastruktur
17 Oktyabr , 2018 17:25
Rauf Vəliyev: “Son beş ildə Gəmiçiliyin donanması 20-dən çox yeni gəmi ilə möhkəmləndirilib”
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev / Report

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Təkcə son beş ildə Gəmiçiliyin donanması 20-dən çox yeni gəmi ilə möhkəmləndirilib. Hazırda Bakı Gəmiqayırma Zavodunda dənizçilərimiz üçün dörd gəmi tikilir”.

“Report” xəbər verir ki, bu barədə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin qurumun yaranmasının 160 illiyi münasibəti ilə yazdığı məqalədə qeyd edilir.

R.Vəliyevin sözlərinə görə, iki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərədən birinin gələn ilin sentyabrında, digərinin isə 2020-ci ilin yanvarında istismara verilməsi planlaşdırılır:

“Uzunluğu 154,5, eni 17,7 metr olan bu gəmi-bərələr 56 vaqon və ya 50 yük maşını, 100 sərnişin daşıya biləcək. Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədilə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımalarda xüsusi rola malik olan və Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün bu gəmilərin tikintisi çox böyük əhəmiyyətə malikdir”.

QSC sədrinin fikrincə, Bakı Gəmiqayırma Zavodunda Gəmiçilik üçün “Gəncə” tipli iki tankerin inşası da sürətləndirilib:

“Altı yük tankı olan tankerlərin hər biri benzin, xam neft və neft məhsulları daxil olmaqla iki növ yükü eyni vaxtda daşıya biləcək. Xəzərdə suyun mövcud səviyyəsində, suya az oturumla maksimum çox yük götürə bilən bu nadir gəmilərin gələn il istismara verilməsi planlaşdırılır. Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan hər təzə gəmi isə donanmamızın daha da gücləndirilməsi ilə yanaşı, həm də dənizçilərimiz üçün yeni iş yerləri deməkdir”.

Son xəbərlər

Orphus sistemi