Qubanın üç kəndinin su təchizatı sistemi yaxşılaşdırılıb - FOTO

Qubanın üç kəndinin su təchizatı sistemi yaxşılaşdırılıb - FOTO Quba rayonunun Talabı kəndində su təchizatı sisteminin yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb və avqustun 28-də açılış mərasimi keçirilib.
İnfrastruktur
28 Avqust , 2019 13:26
Qubanın üç kəndinin su təchizatı sistemi yaxşılaşdırılıb - FOTO

"Quba rayonunun Talabı kəndində su təchizatı sisteminin yaxşılaşdırılması" layihəsinin icrası yekunlaşıb və avqustun 28-də açılış mərasimi keçirilib. 

"Report"un Şimal bürosunun məlumatına görə, layihə “Gənc Mühasiblər” İctimai Birliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilib. 

Üç ay müddətində icra edilən layihə çərçivəsində Talabı kəndində 200 metr dərinlikdə artezian su quyusu qazılıb, yeni transformator alınıb, elektrik xətləri yenilənib. Eyni zamanda əhalinin içməli suya davamlı tələbatını təmin edə bilmək üçün 2 ədəd 24 tonluq su çənləri qurulub. Bundan başqa, kəndin girəcəyində 5 çıxışı olan su bulağı tikilib və kəndin müxtəlif nöqtələrində su çıxışları qoyulub. Layihədən, ümumilikdə, 400 nəfərə yaxın kənd sakininin, həmçinin qonşu Xaroşa və Töhmər kənd sakinlərinin faydalanması nəzərdə tutulub.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, millət vəkili Vahid Əhmədov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, "Gənc Mühasiblər" İctimai Birliyinin sədri Solmaz Əliyeva və kənd sakinləri qatılıblar. 

Sonda layihəni Quba rayonunun Talabı kəndində həyata keçirdiyinə görə Yaponiya hökümətinə təşəkkür edilib.

Son xəbərlər

Orphus sistemi