Qubadlı Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə təyinat olub

Qubadlı Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə təyinat olub "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Qubadlı Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
İnfrastruktur
1650
17 Noyabr , 2020 15:41
Qubadlı Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə təyinat olub

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Qubadlı Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu vəzifə Əlisalam Mədət oğlu Bayramova həvalə edilib.

O, əvvəllər də sözügedən idarəyə rəhbərlik edib. 2018-ci ildə isə idarə ləğv olunub və bu il noyabrın 14-də yenidən təsis edilib.

Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5 200 hektar suvarılan sahə, 998 km uzunluğundan suvarma kanalları, 7 nasos stansiyası, 129 suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) var.

Son xəbərlər

Orphus sistemi