Qubada sərnişin avtobusları yeniləri ilə əvəz edilir

Qubada sərnişin avtobusları yeniləri ilə əvəz edilir Bakı. 24 oktyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.
İnfrastruktur
24 Oktyabr , 2018 16:24
Qubada sərnişin avtobusları yeniləri ilə əvəz edilir
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.

“Report” xəbər verir ki, bunu DANX-nin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, artıq Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd "Hyundai County" markalı avtobuslar yeni "İsuzu" markalı avtobuslarla əvəz edilir. Sabahdan həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.

Son xəbərlər

Orphus sistemi