Quba-Xaçmaz avtomobil yolu əsaslı təmir olunur

Quba-Xaçmaz avtomobil yolu əsaslı təmir olunur Yolun yenidən qurulması işləri ilin sonunadək başa çatacaq
İnfrastruktur
125
27 İyul , 2017 18:15
Quba-Xaçmaz avtomobil yolu əsaslı təmir olunur

Bakı. 27 iyul. REPORT.AZ/ Quba və Xaçmaz rayonlarını birləşdirən avtomobil yolu əsaslı təmir olunur. Avqust ayının ilk günlərindən yolda asfaltlanma işlərinə başlanılacaq. Yeni yol əvvəlkindən həm keyfiyyətinə, həm də ölçülərinə görə seçiləcək.

“Report” bu barədə “Azəravtoyol” ASC-yə istinadən xəbər verir.

Qeyd olunur ki, 22 kilometrinə asfalt döşənəcək Quba-Xaçmaz yolunda hazırda təmir işləri sürətlə davam edir. Köhnə asfalt qatı çıxarılaraq, yol yatağının sıradan çıxan hissələri bərpa edilir. Yeni yolun hərəkət hissəsinin eni 7,5 metr, yol çiyinləri ilə birlikdə isə 12 metr olacaq.

Yolun yenidən qurulması işləri ilin sonunadək başa çatacaq.

Son xəbərlər

Orphus sistemi