Qobustan qoruğundakı vulkanlara yeni yol çəkiləcək

Qobustan qoruğundakı vulkanlara yeni yol çəkiləcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır
İnfrastruktur
214
22 Aprel , 2021 16:45
Qobustan qoruğundakı vulkanlara yeni yol çəkiləcək

Aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.

"Report" xəbər verir ki, sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.

Əraziyə gedən yol infrastrukturunun qurulması üçün Qobustan qoruğundan “Qılınc” və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi təmin edəcək, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməl qoyma tədbirində iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi