"Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəbi açıqlanıb

"Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəbi açıqlanıb Ötən gün Azərbaycan-Gürcüstan sərhəddində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması səbəbi açıqlanıb.
İnfrastruktur
3 Yanvar , 2020 12:43
Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəbi açıqlanıb

Ötən gün Azərbaycan-Gürcüstan sərhəddində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması səbəbi açıqlanıb.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə 3 saatlıq sıxlığa səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb.

Hazırda "Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir, nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində heç bir sıxlıq müşahidə olunmur.

Son xəbərlər

Orphus sistemi