Qırğız eksperti: "Bakı-Tbilis-Qars Orta Asiya ölkələrinin Avropa bazarına çıxışını asanlaşdıracaq"

Qırğız eksperti: "Bakı-Tbilis-Qars Orta Asiya ölkələrinin Avropa bazarına çıxışını asanlaşdıracaq" Bişkek. 11 iyul. REPORT.AZ/ Bakı-Tbilis-Qars layihəsi tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və Qırğız Respublikası, digər Mərkəzi Asiya ölkələri, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə, Çin və Avropa ölkələri bundan istifadə edəcək.
İnfrastruktur
11 İyul , 2018 13:13
Qırğız eksperti: Bakı-Tbilis-Qars Orta Asiya ölkələrinin Avropa bazarına çıxışını asanlaşdıracaq
Report

Bişkek. 11 iyul. REPORT.AZ/ "Bakı-Tbilis-Qars layihəsi tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və Qırğız Respublikası, digər Mərkəzi Asiya ölkələri, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə, Çin və Avropa ölkələri bundan istifadə edəcək".

Bunu "Report"un Bişkekə ezam olunmuş müxbirinə qırğız eksperti Kayrat Osmonaliyev bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətli tarixi bir layihədir və Avrasiya nəqliyyat xəritəsinin əhəmiyyətli hissəsinə çevrilir.

"Bu yolun fəaliyyəti nəticəsində marşrut boyunca yerləşən ölkələr arasında ticarət dövriyyəsi və qarşılıqlı sərmayələr artacaq. Bu yol təhlükəsizlik və sabitliyə xidmət edəcək" - K.Osmonaliyev deyib.

Ekspertin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qırğız Respublikasının geosiyasi əhəmiyyətini artıraraq ölkə üçün əlavə imkanlar yaradacaq: "Bakı-Tbilis-Qars Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bizim ölkəmizin 2016-ci ilin yanvarından Avropaya ixrac olunan mallar üçün güzəştli gömrük tariflərindən istifadə etmək imkanını verən ÜPS+ statusuna malik olmasını nəzərə alaraq, bu yol Bişkek və Avropa arasında əməkdaşlığın gələcək inkişafında mühüm amil olacaq".

Son xəbərlər

Orphus sistemi