DANX: “Qəzada ölən sürücü fərqlənmə nişanı almayıb”

DANX: “Qəzada ölən sürücü fərqlənmə nişanı almayıb” Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Lənkəranda baş vermiş qəza ilə bağlı açıqlama yayıb.
İnfrastruktur
29 Avqust , 2019 16:10
DANX: “Qəzada ölən sürücü fərqlənmə nişanı almayıb”

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Lənkəranda baş vermiş qəza ilə bağlı açıqlama yayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı DANX-ın Mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, dünən saat 18:40-da Lənkəran Şəhər Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən idarəetməni itirib yaşayış evinin həyətinə aşması ilə bağlı hadisənin nəticəsindən təəssüfləndiyimizi qeyd edirik və bildirmək istəyirik ki, həmin avtonəqliyyat vasitəsi üçün mərhum Ələmdar Ağayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı almadan sifariş əsasında qanunsuz fəaliyyət göstərib: “Bu fakt təbii ki, məsuliyyətimizi azaltmır və bu cür halların təkrarlanmaması üçün dəfələrlə etdiyimiz müraciəti təkrarlamalı olacam. Sərnişinlərimizdən rica edirik ki, öz həyatlarını riskə atmasınlar. Dəfələrlə istismar üçün əldə etdiyi avtobusla xidmət göstərmək üçün müraciət edib və qurumumuzdan imtina cavabı alarkən "mən avtomobilimlə sahibkarlıq etmək istəyirəm, bu mənim haqqımdır" deyən sürücülərə də müraciət edərək bildirirəm ki, ictimai nəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti sıradan sahibkarlıq fəaliyyətinə bənzəmir. Siz məhsul yox, vətəndaşa istifadəsi zəruri xidməti təqdim edirsiniz. Bu da sahibkarlığın bir növüdür sözsüz ki. Ancaq mövzu insan həyatıdırsa, risk faktorları yüksəkdirsə, təklif sıxlığa-təlabata-xidmətin keyfiyyətinə uyğun nəzərə alınmalıdır”. 

Son xəbərlər

Orphus sistemi