Qəza nəticəsində yararsız hala düşmüş yol sədləri təmir olunur

Qəza nəticəsində yararsız hala düşmüş yol sədləri təmir olunur Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 31 mart tarixində Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
İnfrastruktur
30 mart 2019 14:52
Qəza nəticəsində yararsız hala düşmüş yol sədləri təmir olunur

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 31 mart tarixində Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi