Cavid Qurbanov: “Qəbələyə dəmir yolu xəttini növbəti turizm mövsümünə qədər istifadəyə verməliyik”

Cavid Qurbanov: “Qəbələyə dəmir yolu xəttini növbəti turizm mövsümünə qədər istifadəyə verməliyik” “Ləki dəmir yolu stansiyasından Qəbələ rayonuna çəkilən dəmir yolunun xəttinin uzunluğu 43 km, stansiya yolları ilə birlikdə isə 46 km-dir”.
İnfrastruktur
17 dekabr 2019 07:36
Cavid Qurbanov: “Qəbələyə dəmir yolu xəttini növbəti turizm mövsümünə qədər istifadəyə verməliyik”

“Ləki dəmir yolu stansiyasından Qəbələ rayonuna çəkilən dəmir yolunun xəttinin uzunluğu 43 km, stansiya yolları ilə birlikdə isə 46 km-dir”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında deyib.

“Həmin yolda sürüşmə zonası var, odur ki, iş bir qədər ağır gedir. Amma dəmir yolu xəttini növbəti turizm mövsümünə qədər istifadəyə verməliyik. Söhbət təkcə xəttin inşasından getmir. Stansiya tikilməlidir. Elektrik xətləri çəkməli, rabitə və işarəvermə sistemi qurulmalıdır. Nə qədər ağır iş olsa da, bu xətti çəkmək üçün vaxt var, maliyyə var, iradə var”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi