Qəbələnin Laza kəndinə alternativ yolla hərəkət təmin olunub

Qəbələnin Laza kəndinə alternativ yolla hərəkət təmin olunub Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.
İnfrastruktur
7 İyun , 2023 12:10
Qəbələnin Laza kəndinə alternativ yolla hərəkət təmin olunub

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Agentlik qısa müddətdə alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəlişi təmin edib.

Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi