Qazaxıstanın Kurık limanı Ələt limanı ilə əməkdaşlıqdan razıdır

Qazaxıstanın Kurık limanı Ələt limanı ilə əməkdaşlıqdan razıdır Tbilisi. 13 sentyabr. REPORT.AZ/ “Qazaxıstanın Kurık limanı Azərbaycanın Ələt limanı ilə əməkdaşlığa böyük önəm verir”.
İnfrastruktur
4004
13 Sentyabr , 2018 17:38
Qazaxıstanın Kurık limanı Ələt limanı ilə əməkdaşlıqdan razıdır
Report
0 : 00
0 : 00

Tbilisi. 13 sentyabr. REPORT.AZ/ “Qazaxıstanın Kurık limanı Azərbaycanın Ələt limanı ilə əməkdaşlığa böyük önəm verir”.

Bu barədə “Report”un Gürcüstan bürosuna Kurık limanının baş direktorunun müavini Talqat Ospanov deyib.

Onun sözlərinə görə, Kurık limanının Ələt limanı ilə müntəzəm əlaqəsi var: “Hazırda Ələt-Kurık-Ələt istiqamətində yük nəqli həyata keçirilir. Bizim aramızda gündəlik məlumat mübadiləsi var. Ələt limanı ilə qarşılıqlı faydalı əməkdaşlığımızdan çox razıyıq və münasibətlərimizi çox yüksək qiymətləndiririk”.

T.Ospanov bildirib ki, hər iki limanın böyük potensialı var: “Limanların rəhbərliyi müştərilərin marşrutdan məmnun qalması üçün sıx əməkdaşlıq edir. Əgər yüklərlə bağlı hər hansı bir gecikmə yaranarsa, bu, hər iki limanın işinə mənfi təsir göstərə bilər. Kurık limanı daşınmaların problemsiz həyata keçirilməsi üçün Ələt limanı ilə sıx əməkdaşlığı davam etdirəcək”.

O, Kurık və Ələt limanları arasında təcrübə mübadiləsinin də aparıldığını deyib. 

Son xəbərlər

Orphus sistemi