Qazaxıstan şirkəti Bakıya biletlərin qiymətini bahalaşdırıb

Qazaxıstan şirkəti Bakıya biletlərin qiymətini bahalaşdırıb SCAT aviaşirkəti Aktau-Bakı birbaşa reysləri həyata keçirir
İnfrastruktur
548
25 Avqust , 2015 12:25
Qazaxıstan şirkəti Bakıya biletlərin qiymətini bahalaşdırıb

Bakı. 25 avqust. REPORT.AZ/ Qazaxıstanın SCAT aviaşirkəti milli valyutanın sərbəst kursuna keçməsi ilə əlaqədar aviabiletlərin qiymətini 20 faiz bahalaşdırıb.  

Aviaşirkətdən "Report"a bildirilib ki, tariflərin bahalaşması haqqında qərar aviasiya sahəsinin spesifikası ilə əlaqədardır. Çünki şirkət reyslərin təmin olunması, təyyarələrin texniki baxışdan keçirilməsi və işçilərin təlimi ilə bağlı əksər xərcləri ABŞ dolları ödəyir. 

SCAT aviaşirkətinin bəyənatında bildirilib ki, biletlərin bahalaşdırılması şirkətin gəlirlərinin artırılmasına yönəlməyib: "Çünki dolların tengəyə qarşı qeyri-sabit kursu ilə bağlı şirkət bütün xərcləri ödəyə bilmir. Qiymətin artırılması yalnız beynəlxalq reyslərin təmin olunması ilə bağlı xərclərin bir qismini ödəyə bilir".

Qeyd edək ki, SCAT aviaşirkəti Aktau-Bakı birbaşa reysləri həyata keçirir.

Bundan başqa, "Air Astana" aviaşirkəti də beynəlxalq aviadaşımalara görə qiymətlərin 25 faiz bahalaşdığını elan edib. 

Son xəbərlər

Orphus sistemi