Qazaxıstan səfiri: "Orta dəhlizə böyük diqqət ayımaq lazımdır"

Qazaxıstan səfiri: "Orta dəhlizə böyük diqqət ayımaq lazımdır" "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR, Orta dəhliz) Azərbaycan və Qazaxıstan arasında münasibətlərdə xüsusi əhəmiyyət kəsb etdiyindən ona böyük diqqət ayımaq lazımdır".
İnfrastruktur
7 İyun , 2022 10:08
Qazaxıstan səfiri: Orta dəhlizə böyük diqqət ayımaq lazımdır

"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR, Orta dəhliz) Azərbaycan və Qazaxıstan arasında münasibətlərdə xüsusi əhəmiyyət kəsb etdiyindən ona böyük diqqət ayımaq lazımdır".

“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin sonunadək bu dəhliz vasitəsilə yük daşımalarının həcmi 6 dəfədəyək artacağı gözlənilir.

Səfir bu yaxınlarda Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılması haqqında memorandumun imzalandığını xatırladıb və bunun Azərbaycan ilə münasibətlərin inkişafında vacib rol oynadığını deyib.

“Azərbaycanın iş adamlarını Qazaxıstana, Qazaxıstanın iş adamlarını Azərbaycana sərmayə yatırmağa dəvət edirik”, - Serjan Abdıkarimov əlavə edib.

Qeyd edək ki, TİTR, Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) bir hissəsi olan Aktau dəniz şimal terminalı yükləri İran, Rusiya və Azərbaycan limanlarına göndərir.

Bu ilin əvvəlindən Aktau dəniz ticarət limanında 1,2 milyon tondan çox yük aşırılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Təkcə bu ilin fevral ayında 1 657 TEU (iyirmi fut ekvivalent vahidi) konteynerlər daşınıb, apreldə isə bu göstərici 3 099 TEU-ya yüksəlib.

Son xəbərlər

Orphus sistemi