Azərbaycan gəmi tikintisi və təmiri sahəsində Qazaxıstanla təcrübə mübadiləsi aparacaq.
“Report” xəbər verir ki, bu məsələ “Bakı Gəmiqayırma Zavodu” MMC-nin rəhbərliyi ilə Qazaxıstanın “Kazakhstan Engineering” və “Zenit Uralsk Zavodu” ASC-lərinin nümayəndələri arasındakı görüşdə müzakirə edilib.
Tərəflər Azərbaycanın bu sahədə təcrübəsini öyrənməklə mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.





