Qazaxda yol tikintisinə 2,2 mln manat ayrıldı

Qazaxda yol tikintisinə 2,2 mln manat ayrıldı Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İnfrastruktur
10 Sentyabr , 2020 12:24
Qazaxda yol tikintisinə 2,2 mln manat ayrıldı
0 : 00
0 : 00

Prezident İlham Əliyev sentyabrın 10-da “Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Qazax rayonu, Y-35-06 (13km) – Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi