Qaxın susuz qalan Ağçay kəndinə yeni su xətti çəkilib

Qaxın susuz qalan Ağçay kəndinə yeni su xətti çəkilib Kənd əhalisi üçün həmçinin 25 kubmetrlik su çəni də quraşdırılıb
İnfrastruktur
5 Avqust , 2016 15:20
Qaxın susuz qalan Ağçay kəndinə yeni su xətti çəkilib

Bakı. 5 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankının krediti ilə maliyyələşdirdiyi İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində Qaxın Ağçay kəndinə 4 kilometrlik su xətti çəkib. 

Nazirlikdən "Report"a daxil olan xəbərə görə, içməli suyu uzaq məsafədən daşımaq məcburiyyətində qalan kənd əhalisi üçün həmçinin 25 kubmetrlik su çəni quraşdırılıb. Həm boru xətti, həm də su çəni ağçaylıları dağlardan gələn içməli su ilə fasiləsiz təmin edəcək.

Qeyd edək ki, Ağçay kəndi Qax rayon mərkəzindən 14 km aralıda yerləşir. İcmadakı su xətlərinin istismar müddəti çoxdan başa çatdığından əksər yerlərdə, demək olar ki, yararsız idi. Bu da kənd əhalisinin ev təsərrüfatlarının idarə olunmasında xeyli çətinlik yaradırdı. Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələrin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi bu layihə kənd təsərrüfatı ilə məşğul olan əhalinin fəaliyyətini yüngülləşdirmək, vaxt və enerji itkisinin qarşısını almaq üçün kənd infrastrukturunun inkişafına yönəlib.

İkinci Kənd İnvestisiya Layihəsi 10 ildən artıq müddətdir icra olunur. İndiyədək Layihə çərçivəsində 1 800-ə yaxın sosial və iqtisadi yönümlü infrastruktur layihələri icra olunub.

Son xəbərlər

Orphus sistemi