Qaxda buzlu yollara duz-qum səpilib

Qaxda buzlu yollara duz-qum səpilib Qax rayonunun dağ kəndlərinə gedən buzlu yollara duz-qum qarışığı səpilib.
İnfrastruktur
14 Mart , 2022 14:03
Qaxda buzlu yollara duz-qum səpilib

Qax rayonunun dağ kəndlərinə gedən buzlu yollara duz-qum qarışığı səpilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax-İlisu-Sarıbaş, Qax-Şəki, Qax-Qaşqaçay-Armudlu, Qax-Ləkit-Kötüklü, Qax-Qorağan-Zaqatala avtomobil yolunda nəqliyyatın hərəkəti çətinləşib.

Qalın buz qatına çevrilən yolların təmizlənməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC ​ tərəfindən bu gün səhər saat 06:00-dan etibarən yollara duz-qum qarışığı səpilib. Hazırda adıçəkilən yollarda avtomobillərin hərəkəti tam təmin olunub.

Qurumdan "Report" un yerli bürosuna ​ verilən məlumata görə, yolların təmizlənməsi üçün bütün qüvvə və vasitələr cəlb edilib: "Balansda olan 213 kilometrlik uzunluğunda avtomobil yollarına idarənin 6 qartəmizləyən və duzsəpən texnikası cəlb olunub. Qarın yağması davam etdiyindən hazırda texnikalar və işçilər yollarda gücləndirilmiş iş rejimində çalışır".

Son xəbərlər

Orphus sistemi