Azərbaycanda qatarların və stansiyaların dezinfeksiyası davam etdirilir

Azərbaycanda qatarların və stansiyaların dezinfeksiyası davam etdirilir “Azərbaycan Dəmir Yolları” QSC koronavirusla bağlı ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirlərini davam etdirir.
İnfrastruktur
4 Mart , 2020 18:15
Azərbaycanda qatarların və stansiyaların dezinfeksiyası davam etdirilir

“Azərbaycan Dəmir Yolları” QSC koronavirusla bağlı ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirlərini davam etdirir.

"Report" bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, profilaktik tədbirlər nəinki qatarlarda, həmçinin stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir. Dezinfeksiya işləri gündə iki dəfə aparılır.

Xatırladaq ki, koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları”nda xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının (012) 499 61 11 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb. 

Son xəbərlər

Orphus sistemi