Qarapapaq–Çaylı avtomobil yolu yenidən qurulub

Qarapapaq–Çaylı avtomobil yolu yenidən qurulub Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun yenidənqurma işlərini yekunlaşdırıb.
İnfrastruktur
2 Fevral , 2023 15:17
Qarapapaq–Çaylı avtomobil yolu yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun yenidənqurma işlərini yekunlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bilidirilir ki, layihə çərçivəsində yolun 16,6 kilometr uzunluğa malik Çaylı, həmçinin 2,4 kilometrlik Qarapapaq hissələrində torpaq əsaslı ərazidə deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülərək yeni yol yatağı inşa edilib. Daha sonra yeni yol əsası inşa edilib və 2 laydan ibarət yeni asfalt-beton örtüyü salınıb.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü borular tikilib.

Sonda zəruri olan yerlərdə yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Xatırladaq ki, 14 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi təmin edən, uzunluğu 19 kilometr olan adıçəkilən avtomobil yolunun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni 6 metr təşkil edir, çiyinlərin eni isə müvafiq olaraq 2 metrdir.

Son xəbərlər

Orphus sistemi