Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında su kəsiləcək

Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında su kəsiləcək Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
İnfrastruktur
822
28 İyul , 2020 13:11
Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında su kəsiləcək

Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, bununla əlaqədar gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi