Qarabağda yeni su nasosları quraşdırılacaq

Qarabağda yeni su nasosları quraşdırılacaq “Azərsu” ASC işğaldan azad edilmiş ərazilərdə quraşdırmaq üçün yeni nasos aqreqatlarının alınması üçün kotirovka sorğusu elan edib.
İnfrastruktur
27 Yanvar , 2021 11:08
Qarabağda yeni su nasosları quraşdırılacaq

“Azərsu” ASC işğaldan azad edilmiş ərazilərdə quraşdırmaq üçün yeni nasos aqreqatlarının alınması üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 1-i, saat 12:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına - Satınalmaların İdarə Olunması Departamentinin rəisnin müavini Yasəmən Məmmədovaya təqdim edə bilərlər. Telefon: (012) 431-47-67 daxili: 1151;

Kotirovka təklifləri fevralın 2-də, saat 12.00-da qeyd olunan ünvanda açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışına qatıla bilər.

Son xəbərlər

Orphus sistemi