Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il baş verən qanun pozuntularına görə Baş prokurorluğa müraciət edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il baş verən qanun pozuntularına görə Baş prokurorluğa müraciət edib Bakı. 25 yanvar. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il qeydə alınmış pozuntularla bağlı Baş prokurorluğa müraciət edib.
İnfrastruktur
25 Yanvar , 2019 10:44
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il baş verən qanun pozuntularına görə Baş prokurorluğa müraciət edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il qeydə alınmış pozuntularla bağlı Baş prokurorluğa müraciət edib.

“Report” xəbər verir ki, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında vurğulayıb.

O bildirib ki, 2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.

“ Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Azərbaycan Baş prokurorluğuna təqdim olunub, faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb”, - o bildirib. 

Son xəbərlər

Orphus sistemi