Qambiyalı mer: "Şəhərlərin inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq problemdir"

Qambiyalı mer: "Şəhərlərin inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq problemdir" Dünyada şəhərlərin inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq problem olaraq qalır.
İnfrastruktur
2 Oktyabr , 2023 15:28
Qambiyalı mer: Şəhərlərin inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq problemdir

Dünyada şəhərlərin inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq problem olaraq qalır.

"Report" xəbər verir ki, bunu Bakıda Ümumdünya Məskunlaşma Günü”ilə bağlı bağlı keçirilən tədbirdə Qambiyanın meri Rohey Malik Lov bildirib.

Onun sözlərinə görə, şəhərlərdə infrastrukturun inkişafı üçün maliyyə vəsaitlərinə ehtiyac var: "Həmçinin, şəhərlərin insan kapitalı cəhətdən imkanları məhduddur. Bu prosesdə bizi dəstəkləyənlərin sayı çox az olur. Biz özəl tərəfdaşlarla yaxşı işləməliyik. Bununla yanaşı, biz onlardan bir daha maliyyə vəsaitlərinin ayrılmasının yollarını barədə düşünmklərini istəyirəm", - deyə o qeyd edib.

"Bütün şəhərlərin özünəməxsus xüsusiyyətləri və problemləri var. Şəhərlər maliyyə vəsaitini təkbaşına tapa bilmirlər. Şəhərlərdə siyasi iradə yoxdur. Mən həmişə merlərə haqq qazandırıram. Miqrasiya, iqlim dəyişikliyi prosesləri olur. Buna görə də merlərin üzərinə böyük iş düşür. Hər kəs istəyir ki, ona göstərilən xidmətlər davam etsin. Merlər davamlı xidməti təmin etməlidirlər", - mer deyib.

"Dünyada qadın merlərin sayı azdır. Kişilər bir-birlərinə dəstək olurlar. Lakin qadın olaraq mer kimi işləmək çox çətindir", - deyə qonaq fikrini tamamlayıb.

Xatırladaq ki, tədbir "Şəhərsalma Həftəsi 2023" çərçivəsində təşkil olunub. Forumda Ş.Mövsümovla yanaşı, DŞAK-ın sədri Anar Quliyev, digər dövlət rəsmiləri, xarici qonaqlar iştirak edir.

Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etməkdir. Tədbirdə "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi" mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi aparılır.

Son xəbərlər

Orphus sistemi